Page 181 - Pure Life 05
P. 181
İnternetin faydası, zərərləri və zərərlərindən qorunma yolları / 229
Bir amerikan psixoloqun etdiyi araşdırmaya görə,
internetdən çox istifadə edən 500 nəfərdən 80%i
internetdən asılı vəziyyətdədir. Araşdırmanın
sonunda isə, "internetin insan həyatına qumar oyunu
kimi təsir edəcəyinə" dair xəbərdarlıq etmişdir.
Sosial təsirlər
Vaxtının çoxunu internetdə keçirən insanların,
ələxsus uşaqların dostluq əlaqələri qurmaq
məsələsində uğursuz olduğu bilinir. Bu uşaqlar
arasında aparılan sorğuda onların "özünü necə hiss
edirsən?" sualına verdikləri cavab "tənhayam"
olmuşdur.
Təhlükələr
İnternet gözəllikləri olduğu qədər təhlükəli olan bir
yerdir. Web səhifələrdə gəzərkən uşaqların
qarşısına birdən birə pornoqrafik, narkotik,
müxtəlif silahlar, əldə hazırlaya biləcəkləri
partlayıcılar, oğurluğa təşviq edən görüntülərin
çıxması və təbii olaraq onların da buna maraq
göstərməsi çox geniş yayılan bir haldır.
İngiltərədə aparılan bir araşdırmada uşaqların
33%-nin internetdə gördüklərindən dolayı
tərbiyələrində pozulma hallarının müşahidə
olunmuşdur. CNN/TİME tərəfindən yeni yetmələr
(13-17 yaş) arasında aparılan sorğuda - uşaqların
62%-nin hansı internet səhifələrinə girdiyindən
valideynlərinin xəbəri olmaması orataya
çıxarmışdır.